İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Kalyari”dən Raul Bellanovanı icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Sözləşmədə icarədən sonra satın almaq hüququna dair bənd də olduğu bildirilib.
Bellanova 2021-ci ildən “Kalyari”də oynayırdı. O, ötən mövsüm İtaliya çempionatında 31 matçda 1 qol vurub və 2 qol ötürməsi verib.
Yeri gəlmişkən, “İnter” uruqvaylı futbolçusu Martin Satrianonu da “Empoli”yə icarə verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər “Empoli”də forma geyinəcək.