Almaniyanın Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Dortmund klubu Niderlandın “Ayaks” klubunun hücumçusu Sebastyen Halleri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Bundesliqa nəhəngi Fil Dişi Sahili yığmasının üzvü üçün “Ayaks”a 31 milyon avro təzminat ödəyəcək. Sebastyen yeni komandasında 9 nömrəli formada çıxış edəcək .
Sebastyen Haller 2021-ci ilin yanvarından “Ayaks”da forma geyinirdi. O, bu komandada 66 oyuna 47 qol vurub.
Halleri “Borussiya”ya satan “Ayaks” da gənc hücumçusu Naci Ünüvarla yeni müqavilə bağlayıb. 19 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.