Fransa milli komandasının qapıçısı Stiv Mandanda “Olimpik” Marseldən ayrılıb. Corner.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mandanda 2007-ci ilin yayından “Olimpik”də çıxış edirdi. O, 2016/17 mövsümünü İngiltərənin “Kristal Pelas” klubunda keçirsə də, cəmi bir il sonra yenidən Marsel klubuna qayıdıb. Mandanda Fransa klubunun heyətində keçirdiyi 14 mövsümdə ərzində 613 matça çıxıb.
Mandandanın yeni klubu da artıq bəlli olub. 37 yaşlı qolkiper bundan sonra “Renn”də çıxış edəcək. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Yeri gəlmişkən, “Renn” baş məşqçisi Bruno Genesio ilə də yeni müqavilə bağlandığını açıqlayıb. Geridə qalan mövsümdə Liqa 1-in ən yaxşı məşqçisi seçilən fransalı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb.