- Transfer
- 23:39 03.04.2026
Ötən ayın sonunda "Neftçi"dən ayrılan futbolçu Tiaqo Bezerra Səudiyyə Ərəbistanının "Əl-Aruba" klomandasına keçib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Əl-Cauf təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Tiaqo Bezerra 25 oyunda 10 qol vurub. Braziliyalı "Neftçi"nin ən məhsuldar futbolçusu olub.