- Transfer
- 00:12 29.11.2024
Polşa "Lex"inin futbolçusu Mikhael İshak Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak etməyə bilər.
Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, Almaniyanın "Sankt-Pauli" klubunda təklif alan isveçli hücumçunun tezliklə Poznan təmsilçisini tərk edəcəyi gözlənilir.
29 yaşlı futbolçu daha əvvəl bu ölkənin "Köln" və "Nürnberq" komandalarında da çıxış edib.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" matçı saat 20:00-da başlayacaq. Poznandakı ilk qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz Mikael İshak vurub.