İspaniyanın “Betis” klubu kapitanı Xoakin Sançes ilə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
40 yaşlı vingerin yeni sözləşməsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub.
Xoakin Sançes “Betis”in öz yetirməsidir. O, “Valensiya”, “Malaqa” və “Fiorentina”da çıxış etdikdən sonra 2015-ci ildə yenidən doğma klubuna qayıdıb.
“Betis” heyətinə iki yeni futbolçu da cəlb edib. Belə ki, La Liqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun hücumçusu Luis Enrikeni heyətinə qatıb. Braziliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
La Liqa təmsilçisi İtaliyanın “Latsio” klubunun braziliyalı mərkəz müdafiəçisi Luis Felipeni də transfer edib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.