5 iyul 2026. Bazar günü

Daha bir gürcü futbolçu Kəpəz'də


  • Transfer
  • 14:19 07.07.2022
  • Oxunma sayı: 131
Daha bir gürcü futbolçu Kəpəz'də

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Klubdan Corner.az-a verilən məlumata görə, cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviya ilə bir illik müqavilə imzalanıb.

26 yaşlı oyunçu son olaraq ölkəsində "Qaqra" klubunun şərəfini qoruyub. Kvirkviya Tbilisi "Dinamo"su və "Torpedo" ilə Gürcüstan çempionu olub.

O, Gürcüstanın müxtəlif yaş qruplarından ibarət milli komandaların da formasını geyinib.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl gürcüstanlı Giorgi Kantariya ilə sözləşmə imzalayıb.







Transfer