28 oktyabr 2024. Bazar ertəsi

PSJ-də iki yeni müqavilə


  • Transfer
  • 17:13 07.07.2022
  • Oxunma sayı: 123
PSJ-də iki yeni müqavilə
Fransanın PSJ klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, Paris təmsilçisi qapıçısı Aleksandr Letelye və müdafiəçisi Kolin Daqba ilə yeni müqavilə bağlayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Letey 2, Daqba isə 3 illik yeni sözləşməyə imza atıb.
 
Aleksandr Letelye 2020-ci ilin sentyabrından PSJ-də çıxış edir. 31 yaşlı qolkiper son üç mövsümdə Paris təmsilçisində cəmi 1 rəsmi matça çıxıb.
 
Kolin Daqba isə 2016-cı ildə PSJ-yə cəlb olunub. O, Paris təmsilçisinin heyətində bütövlükdə 77 matça çıxıb, 1 qol vurub.
 
PSJ Daqba ilə yeni müqavilə bağladıqdan sonra onu “Strasburq”a icarəyə verib. Sağ cinah müdafiəçisi qarşıdakı mövsümünün sonuna qədər “Strasburq”da çıxış edəcək.
 






Transfer