4 aprel 2026. Şənbə

Liverpul'da yeni müqavilə


  • Transfer
  • 22:20 07.07.2022
  • Oxunma sayı: 117
Liverpul'da yeni müqavilə
İngiltərənin “Liverpul” klubunda müdafiəçi Co Qomeslə yeni müqavilə imzalanıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2027-ci ilə qədər Mersisayd təmsilçisinin uğurları üçün çalışacaq.
 
Co Qomes 2015-ci ilin yayından “Liverpul”da çıxış edir. İngilis futbolçu geridə qalan mövsümdə 21 matça çıxıb. Mərkəz müdafiəçisi İngiltərə yığmasında da 12 oyun keçirib.






Transfer