28 oktyabr 2024. Bazar ertəsi

Paytaxt klubunda 2 ayrılıq, 1 yeni müqavilə


  • Transfer
  • 22:27 07.07.2022
  • Oxunma sayı: 86
Paytaxt klubunda 2 ayrılıq, 1 yeni müqavilə
İtaliyanın “Latsio” klubu müdafiəçisi Patriklə (Patrisio Qabarron Xil) yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
 29 yaşlı futbolçu ilə 5 illik yeni sözləşmə imzalanıb. “Barselona”nın yetirməsi olan ispan futbolçu 2015-ci ildən paytaxt klubunda çıxış edir.
 
“Latsio” iki futbolçusu ilə də yollarını ayırıb. Bunlar Denis Vavro və Bobbi Adekandır. Denis Vavro Danimarkanın “Kopenhagen” klubuna satılıb.

Slovakiya yığmasının üzvü bu ilin əvvəlində məhz “Kopenhagen”ə icarəyə verilmişdi. O, Slovakiya yığmasında keçirdiyi 12 oyunda 1 qol vurub.
 
Niderlandlı Bobbi Adekanye isə ölkəsinin “Qou Ehed İqlz” klubuna transfer olunub. 23 yaşlı forvard 2019-cu ildən “Latsio”da çıxış edirdi.






Transfer