28 oktyabr 2024. Bazar ertəsi

Niderland klubunda daha bir türk futbolçu


  • Transfer
  • 11:45 08.07.2022
  • Oxunma sayı: 83
Niderland klubunda daha bir türk futbolçu
Türkiyəli yarımmüdafiəçi Doğan Ərdoğan “Qaziantep” klubundan ayrılıb. Corner.az xəbər verir ki,  Niderlandın “Fortuna” (Sittard) klubu 25 yaşlı futbolçunu transfer edib.
 
Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıb.
 
Bu, “Fortuna”nın yeni mövsüm öncəsi heyətinə qatdığı ikinci türk futbolçudur. Sittard təmsilçisi bir müddət öncə Fransanın “Lill” klubundan ayrılan Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazla da heyətinə qatmışdı.
 
Ərdoğan 2021-ci ilin yayında “Qaziantep”ə transfer olunmuşdu. O, bu komandanın heyətində 31 rəsmi matça çıxıb.
 






Transfer