İngiltərənin “Vulverhempton” klubu yarımmüdafiəçisi Joao Moutinyo ilə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Bildirək ki, Portuqaliyalı futbolçu 2018-ci ilin yayından “canavarlar”da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 176 oyunda 5 qol vurub.
Əlavə edək ki, “Vulverhempton”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da çıxış edir. Hazırda bu komanda ilə yeni mövsümə hazırlaşan azərbaycanlı forvardın başqa kluba icarəyə verilib-verilməyəcəyi bəlli deyil.