15 may 2026. Cümə

Millinin keçmiş futbolçusu ilə yeni müqavilə


  • Transfer
  • 14:21 08.07.2022
  • Oxunma sayı: 107
Millinin keçmiş futbolçusu ilə yeni müqavilə
Fransa millisinin sabiq futbolçusu Qael Klişi daha bir mövsümü İsveçrənin “Servett” klubunda keçirəcək. Corner.az xəbər verir ki, İsveçrə təmsilçisi 36 yaşlı müdafiəçi ilə müqavilənin 2023-cü ilin yayına qədər uzadıldığını açıqlayıb.
 
Klişi 2020-ci ilin dekabrından “Servett”də top qovur. O, komandanın heyətində meydana çıxdığı 55 matçda 5 məhsuldar ötürmə edib.
 
Klişi karyerası ərzində “Kan”, “Arsenal”, “Mançester Siti”, “Başakşəhər” kimi klublarda forma geyinib.






Transfer