Türkiyənin “Sivasspor” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Sivas təmsilçisi polşalı hücumçu Karol Angelskini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Karol Angelski son olaraq “Radomyak Radom” klubunda çıxış edib. O, 2020-ci ildən bu komandada çıxış edirdi.
“Sivasspor” yarımmüdafiəçiləri Koray Altınay və Sefa Yılmazla da vidalaşıb. Super Liqa təmsilçisindən ayrılan sözügedən futbolçular “Rizəspor”a keçib.