- Transfer
- 00:12 29.11.2024
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçularla gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı yarımmüdafiəçi Munir Şuyar, əlcəzairli sol cinah müdafiəçisi Ahmed Tuba və türkiyəli mərkəz müdafiəçisi Eren Karaağacı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Munir və Karaağacla 3, Tuba ilə 3+1 illik müqavilə imzalanıb.
Yeri gəlmişkən, İstanbul təmsilçisi icarə əsasında çıxış etdiyi Leonardo Duartenin transfer hüquqlarını müqavilə məxsus olduğu İtaliya "Milan"ından alıb. "Başakşəhər" Duarte ilə 4 illik müqavilə imzalandığına diqqətə çatdırıb.
Duarte Türkiyə klubunda 54 matçda çıxış edib.Munir Şuyar Fransanın “Lans” klubunun yetirməsidir. Müqavilə ilə “Dijon”a məxsus olan 23 yaşlı yarımmüdafiəçi, ötən mövsümü icarə əsasında Türkiyənin “Yeni Malatyaspor”da keçirib. O, bu komandada 26 oyuna 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.