28 oktyabr 2024. Bazar ertəsi

İnter'də yeni müqavilə


  • Transfer
  • 23:48 09.07.2022
  • Oxunma sayı: 95
İnter'də yeni müqavilə
İtaliyanın "İnter" klubu qapıçısı Samir Handanoviçlə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
37 yaşlı qolkiperlə 1 illik yeni müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsi bu yaya qədər idi.
 
Sloveniyalı oyunçu ötən mövsüm "İnter"in heyətində bütün yarışlarda meydana çıxdığı 50 oyunda 40 qol buraxıb və 21 matçda qapısını toxunulmaz saxlayıb.
 
“İnter” digər futbolçularından Marko Pompettinin “Südtirol”, Andrey Radunun isə “Kremoneze” klubuna icarəyə verildiyini bildirib.






Transfer