28 oktyabr 2024. Bazar ertəsi

Super Liqa klubundan 2 yeni transfer


  • Transfer
  • 11:49 10.07.2022
  • Oxunma sayı: 95
Super Liqa klubundan 2 yeni transfer
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçularla gücləndirib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Frozinone” klubundan hücumameylli yarımmüdafiəçi Matteo Riççini ilə Niderlandın “Fortuna” (Sittard) komandasından yarımmüdafiəçi Fatih Kurnazı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Birdəfəlik transfer olunmuş Fatih Kurnazla müqavilənin müddəti açıqlanmayıb. Matteo Riççi isə 2022/23 mövsümünün sonunadək icarəyə götürülüb.
 
Matteo Riççi “Roma”nın yetirməsidir. O, paytaxt klubunda olarkən “Qrosseto”, “Karpi”, “Pistoyese”, “Piza”, “Peruca”, “Salernitana” kimi klublara icarəyə verilib. Yarımmüdafiəçi 2018-ci ildə “Spetsiya”ya satılıb. 2021-ci ildən “Frozinone”də çıxış edən 28 yaşlı oyunçu İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
 
Niderland doğumlu olan Fatih Kurnaz isə “Fortuna”nın öz yetirməsidir. 20 yaşlı futbolçunun Türkiyə vətəndaşlığı da var.
 
“Fatih Karagümrük” ötən mövsüm Almaniyanın “Şalke” klubundan icarəyə götürdüyü Levent Mercanın transfer hüquqlarını aldığını da açıqlayıb. “Şalke”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi bu klubun əsas komandasında da bir neçə oyuna çıxıb. O, Almaniyanın U-19 və U-20 yığmalarında da forma geyinib.
 
Sloveniya yığmasının sol cinah müdafiəçisi Yure Balkoveç isə “Fatih Karagümrük”dən ayrılıb. 27 yaşlı futbolçu Super Liqanın digər təmsilçisi “Alanyaspor”a keçib. O, yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.






Transfer