28 oktyabr 2024. Bazar ertəsi

Ronaldo Messi'nin komanda yoldaşı ola bilər


  • Transfer
  • 15:23 10.07.2022
  • Oxunma sayı: 122
Ronaldo Messi'nin komanda yoldaşı ola bilər

"Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeş futbolçunun PSJ-yə keçməsi üçün danışıqlar aparır.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun prezidentinin müşaviri Luis Kampos 37 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Mendeşlə əlaqə saxlayıb.

Ronaldo “Mançester Yunayted”in bir neçə məşqində çıxış etməyib. Portuqaliyalı futbolçunun ailəvi səbəblərə görə komandanın Tailand və Avstraliyadakı mövsümöncəsi hazırlıq toplanışını buraxacağı vurğulanıb.

Ronaldo 2003-2009-cu illərdə “qırmızı şeytanlar”da çıxış edib, 2021-ci ilin avqustunda yenidən “Mançester Yunayted”ə qayıdıb. Təcrübəli futbolçu, ötən mövsüm “Mançester Yunayted”in heyətində 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer