28 oktyabr 2024. Bazar ertəsi

Asensio üçün 25 milyon avro təklif etdilər


  • Transfer
  • 19:08 10.07.2022
  • Oxunma sayı: 112
Asensio üçün 25 milyon avro təklif etdilər

“Real”ın hücumçusu Marko Asensio karyerasını İngiltərənin "Nyukasl" klubunda davam etdirə bilər.

Corner.az “Fichajes”-ə istinadən xəbər verir ki, İngiltərə klubu 26 yaşlı futbolçu üçün 25 milyon avro təklif edib. Madrid klubu isə ispan futbolçu üçün ən azı 30 milyon avro almaq istədiyi vurğulanıb.

Asensio 2015-ci ilin iyulunda “Real”a transfer olunub. O, ötən mövsüm “kral klubu”nun heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer