28 oktyabr 2024. Bazar ertəsi

De Yonq Mançester Yunayted'dən imtina etdi


  • Transfer
  • 19:18 10.07.2022
  • Oxunma sayı: 103
De Yonq Mançester Yunayted'dən imtina etdi

"Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun “Mançester Yunayted”ə keçidi baş tutmayacaq.

Corner.az “sport.es”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu "qırmızı şeytanlar"la  apardığı danışıqlardan sonra Mançester Yunayted'də çıxış etməyəcəyini bildirib.

Xəbərdə, 25 yaşlı futbolçunun “Mançester Yunayted”ə transferin baş tutmamasının səbəblərini Kataloniya təmsilçisinin rəhbərliyinə izah edib. Ötən günlərdə tərəflərin transferin son təfərrüatları üçün danışıqlar apardığı bildirilmişdi.

Frenki de Yonq 2019-cu ildən “Barselona”nın formasını geyinir. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.







Transfer