28 oktyabr 2024. Bazar ertəsi

Barselona'nın Silva üçün nə təklif etdiyi bəlli oldu


  • Transfer
  • 21:36 10.07.2022
  • Oxunma sayı: 132
Barselona'nın Silva üçün nə təklif etdiyi bəlli oldu

"Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın agenti Jorje Mendeş “Barselona”nın rəhbərliyi ilə futbolçunun Kataloniya klubuna keçidi üçün danışıqları davam etdirir.

Corner.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, La Liqa nəhəngi "şəhərlilər"in 27 yaşlı futbolçu üçün tələb etdiyi 100 milyon avronu birdəfəlik ödəyə bilmədiyi üçün pulu bir neçə il ərzində hissələrlə ödəməyi təklif edir. Bu halda ilkin ödəniş ən uyğun məbləğ olacaq.

“Barselona”nın portuqaliyalı futbolçu ilə müqavilə bağlaması üçün digər şərt isə niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun məcburi satışı olacağı bildirilib.

Silvanın klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

O, ötən mövsüm “Mançester Siti”nin heyətində 50 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə verib. 







Transfer