28 oktyabr 2024. Bazar ertəsi

Qəbələ'nin daha bir futbolçusu Kipr klubunda


  • Transfer
  • 10:22 11.07.2022
  • Oxunma sayı: 101
Qəbələ'nin daha bir futbolçusu Kipr klubunda

"Qəbələ"nin daha bir futbolçusu Stefan Vukçeviç karyerasını Kiprin "Enosis" klubunda davam etdirəcək.

Corner.az "Themasports" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar"la müqaviləsi başa çatan 25 yaşlı yarımmüdafiəçi Kipr təmsilçisi ilə anlaşıb.

Monteneqrolu oyunçu ilə sözləşmə imzalanması üçün bəzi detallar qalıb.

Qeyd edək ki, Stefan Vukçeviç 2020-ci ilin avqustunda bölgə klubuna transfer olunub. "Enosis" da əvvəl "Qəbələ"dən ayrılan Fernan Lopesi də heyətinə qatıb.







Transfer