21 dekabr 2025. Bazar günü

ABŞ klubu Runi ilə razılaşdı


  • Transfer
  • 10:32 11.07.2022
  • Oxunma sayı: 100
ABŞ klubu Runi ilə razılaşdı

ABŞ-ın MLS liqasında çıxış edən “Di Si Yunayted” klubu  komandanın baş məşqçi postu üçün İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi ilə razılığa gəlib.

Corner.az xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.

Məlumatda, 36 yaşlı mütəxəssisin artıq klub rəhbərliyi ilə görüşmək üçün ABŞ-da olduğu vurğulanıb. Komanda hazırda MLS Şərq Konfransının turnir cədvəlində 13-cü yeri (axırdan ikinci) tutur.

Xatırladaq ki, U.Runi 2018-2020-ci illərdə “Di Si Yunayted”də çıxış edib.







Transfer