21 dekabr 2025. Bazar günü

Qalatasaray'ın sabiq futbolçusu yenidən Super Liqaya döndü


  • Transfer
  • 12:40 11.07.2022
  • Oxunma sayı: 124
Qalatasaray'ın sabiq futbolçusu yenidən Super Liqaya döndü
Futbol üzrə Nigeriya millisinin sabiq yarımmüdafiəçisi Henri Onyekuru yenidən Türkiyədə çıxış edəcək. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu qarşıdakı mövsüm “Adana Dəmirspor”un uğurları üçün çalışacaq.
 
Adana təmsilçisi nigeriyalı vingeri Yunanıstanın “Olimpaikos” klubundan satınalma şərti ilə 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüb. 
 
Henri Onyekuru peşəkar karyerasına Belçikanın “Eupen” klubunda başlayıb. 2017-ci ildə İngiltərənin “Everton” klubuna transfer olunan futbolçu, Premyer Liqa təmsilçisində heyətə düşə bilməyib. Bu üzdən də o, “Anderlext” və “Qalatasaray”a icarəyə verilib. 2019-cu ildə vinger “Monako”ya transfer olunsa da, Liqa 1 təmsilçisində də möhkəmlənə bilməyib. Nəticədə 2020 və 2021-ci illərdə “Qalatasaray” yenidən onu icarəyə götürüb. 2021-ci ildə isə futbolçu “Olimpiakos”a transfer olunub.
 
“Adana Dəmirspor” bosniyalı qapıçı Qoran Karaçiçi də transfer edib. Son olaraq  “Adanaspor” çıxış edən 25 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
 
Qoran Karaçiç 2016-cı ildən “Adanaspor”un uğurları üçün çalışırdı. Bosniya və Herseqovinanın U-21 yığmasının sabiq üzvü “Zrinski” və “Sandhauzen”də də forma geyinib.
 
Adana təmsilçisi “Trabzonspor”un gənc oyunçusu Salih Kavrazlını da transfer edib. 20 yaşlı futbolçu ilə də 3+1 illik müqavilə imzalanıb. “Adanaspor”un yetirməsi olan Salih Kavrazlı 2021-ci ildən Trabzon klubunda çıxış edirdi. Yarımmüdafiəçi Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarına da dəvət alıb.
 








Transfer