- Transfer
- 17:47 13.04.2026
İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Pol Poqbanın İtaliyanın "Yuventus" klubuna keçidi rəsmiləşib.
Corner.az-ın məlumatına görə, Turin təmsilçisi rəsmi tviter hesabında fransalı futbolçunu heyətinə qatdığını açıqlayıb.
29 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. Poqba yeni klubunda ilinə 8 milyon avro qazanacaq.
Qeyd edək ki, Pol Poqba 2012 - 2016-cı illərdə də "qoca sinyora"nın formasını geyinib.