İngiltərənin “Liverpul” klubu futbolçusu Neko Uillyamsı “Nottingem Forest” klubuna satıb. Corner.az xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, “Liverpul”un bu transferdən 17,5 milyon avro qazanacağı vurğulanıb.
Neko “Liverpul”un əsas komandasında ümumilikdə 33 oyun keçirib.
“Nottingem Forest” Almaniyanın “Maynts” klubundan Mussa Niakateni də transfer edib. Bundesliqa klubundan azad agent kimi ayrılan fransız oyunçu yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu 2018-ci ildən “Maynts”da forma geyinirdi. Fransanın U-21 yığmasının sabiq üzvü Almaniya klubunda 135 oyun keçirib, 9 qola imza atıb.
“Nottingem Forest” daha öncə Din Henderson, Tayvo Avoniyi, Culian Byankone, Brennan Conson və Omar Riçardsı da heyətinə qatmışdı.