İngiltərənin “Fulhem” klubu heyətini “Mançester Yunayted”in yarımmüdafiəçisi Andreas Pereyra ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb
Bu barədə “Fulhem”in rəsmi saytı məlumat yayıb. Məlumatda, 26 yaşlı futbolçu üçün "qırmız-şeytanlar ”a ödənilən təzminatın məbləği açıqlanmayıb..
Pereyra 2011-ci ildə, 16 yaşı olarkən “Mançester Yunayted”ə qoşulsa da, 2014-cü ildən əsas komandada oynayıb. O, “Qranada”, “Valensiya”, “Latsio” və “Flamenqo”da icarədə də çıxış edib. Belçikada dünyaya göz açan yarımmüdafiəçi 2018-ci ildə Braziliyanın əsas millisində 1 oyuna da çıxıb.