İtaliyanın “İnter” klubu futbolçusu Arturo Vidalla yolları ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Çilili futbolçu ötən mövsüm “İnter”in heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.
Təcrübəli oyunçunun Braziliyanın “Flamenqo” klubu ilə müqavilə imzalayacağı gözlənilir.