28 oktyabr 2024. Bazar ertəsi

Mançester Yunayted onun transferi üçün İspaniyada


  • Transfer
  • 11:54 12.07.2022
  • Oxunma sayı: 94
Mançester Yunayted onun transferi üçün İspaniyada

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun “Mançester Yunayted”ə keçidi yekunlaşmaq üzrədir.

Corner.az “The Telegraph”-a istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" 25 yaşlı futbolçunu 65 milyon avro və 20 milyon bonus qarşılığında transfer etmək üçün Kataloniya təmsilçisi ilə anlaşıb. 

Xəbərdə, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Ayaks”da birlikdə çalışdığı De Yonqu komandasında görməyi istədiyi vurğulanıb. Niderlandlı futbolçunun “Mançester Yunayted”də 20 milyon avro maaş alacağı da diqqətə çatdırılıb.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 45 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.







Transfer