28 oktyabr 2024. Bazar ertəsi

Luis Naninin yeni klubu bəlli oldu


  • Transfer
  • 12:52 12.07.2022
  • Oxunma sayı: 95
Luis Naninin yeni klubu bəlli oldu
Portuqaliya yığmasının sabiq yarımmüdafiəçi Luis Naninin yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, Avstraliyanın “Melburn Viktori” klubu 35 yaşlı vingeri transfer edib.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik  Nani ilə 2 illik sözləşmə imzalanıb.
 
Nani son olaraq İtaliyanın “Venesiya” komandasında çıxış edib. O, əvvəllər İtaliyada “Latsio”nun da uğurları üçün çalışıb. Futbolçu karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya” və “Orlando Siti” klublarının da formasını geyinib. Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol var.






Transfer