28 oktyabr 2024. Bazar ertəsi

Premyer Liqa klubundan 16 milyonluq transfer


  • Transfer
  • 14:33 12.07.2022
  • Oxunma sayı: 111
Premyer Liqa klubundan 16 milyonluq transfer
İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Bolonya” klubunun sol cinah müdafiəçisi Aaron Hikini transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 20 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. İngiltərə təmsilçisi şotlandiyalı  futbolçu üçün 16.5 milyon avro ödəyib.
 
Hiki Şotlandiyanın “Hart of Midlotian” klubunun yetirməsidir. Gənc müdafiəçi 2020-ci ildən “Bolonya”da forma geyinirdi.






Transfer