İtaliyanın “Roma” klubu müdafiəçisi Canluka Mançini ilə yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu 5 illik yeni sözləşməyə imza atıb. Onun paytaxt təmsilçisi ilə əvvəlki sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər idi.
Mançini 2019-cu ildən “Roma”da çıxış edir. O, indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 128 oyunda 7 qol vurub.