29 noyabr 2024. Cümə

Türk futbolçu Bavariya'nı Yuventus'a dəyişdi


  • Transfer
  • 16:08 12.07.2022
  • Oxunma sayı: 101
Türk futbolçu Bavariya'nı Yuventus'a dəyişdi
İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Turin təmsilçisi Almaniyanın “Bavariya” klubundan azad agent kimi ayrılmış türkiyəli yarımmüdafiəçi Kenan Yıldız və Xorvatiya “Riyeka”sından hücumçu İvano Srdoçu heyətinə qatıb.
 
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı futbolçularla 3 illik müqavilə imzalanıb. Onların bu mövsüm “Yuventus”un U-19 komandasında çıxış edəcəyi açıqlanıb.
 
Kenan Yıldız ötən mövsüm Münhen klubunun müxtəlif yaş qrupları üzrə komandalarında 20 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə edib. Hücumameylli yarımmüdafiəçi 2021-ci ildən cəlb olunduğu Türkiyənin U-17 millisində 10 oyuna 3 qol vurub.
 
“Yuventus” gənc yarımmüdafiəçisi Luka Klemensanı da “Peskara”ya satdığını diqqətə çatdırıb. 24 yaşlı futbolçu Turin klubunun U-23 komandasının üzvü olsa da, əsas komandada çıxış etməyib. O, daha öncə “Askoli, “Padova”, “Sion” kimi komandalarda icarədə oynayıb. “Peskara” isə bu futbolçunu həm 2020, həm də 2021-ci ildə icarəyə götürüb. Bu dəfə sözügedən klub italiyalı yarımmüdafiəçini birdəfəlik transfer etməyə qərar verib.
 
Turin klubunda Hans Nikolussi ilə Koni de Vinter də icarəyə göndərib. 22 yaşlı yarımmüdafiəçi Nikolussi “Südtirol”a, 20 yaşlı müdafiəçi De Vinter isə “Empoli”yə icarəyə verilib. Hər iki futbolçu 2023-cü ilin 30 iyununa qədər icarədə çıxış edəcək.
 
Turin təmsilçisi Nikolussini daha öncə “Peruca” və “Parma”ya da icarəyə verib. “Yuventus”un əsas komandasında 3 oyun keçirmiş futbolçu İtaliyanın U-21 yığmasının sabiq üzvüdür. Koni isə Belçikanın U-21 yığmasında forma geyinir.






Transfer