28 oktyabr 2024. Bazar ertəsi

Mançester Siti'də yeni müqavilə


  • Transfer
  • 16:10 12.07.2022
  • Oxunma sayı: 87
Mançester Siti'də yeni müqavilə
“Mançester Siti” yarımmüdafiəçi Rodri ilə yeni müqavilə imzalayıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçu bu "şəhərlilər"ə keçməklə karyerasının ən doğru addımı olduğunu bildirib:
 
“Mançester Siti”yə keçmək karyeramın ən yaxşı qərarıdır. İlk saniyədən klubu bəyəndim. Azarkeşlər məni çox yaxşı qarşıladılar. Səviyyəmi mükəmməl şəkildə qaldırdım, buna görə Pep Qvardiola və onun heyətinə təşəkkür etmək istəyirəm. Onlar mənə potensialımı maksimum dərəcədə artırmağa kömək edəcəklər, onların əməyini yüksək qiymətləndirirəm”.
 
26 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
 
Rodri “Mançester Siti”yə 2019-cu ilin iyulunda “Atletiko”dan keçib. O, ötən mövsüm “şəhərlilər”in heyətində bütün yarışlarda 46 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.






Transfer