İngiltərənin “Vulverhmepton” klubunun rəsmisi Matt Cekson Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun bu komandadan ayrılması ilə bağlı fikirlərini bölüşüb. Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, 23 yaşlı hücumçunun "canavarlar"da olduğu müddətdə ciddi zədə aldığını xatırladıb:
“Ona görə Renatı icarəyə verdik. O, 2020-ci ilin avqustunda icarə əsasında "Qrasshopper”ə keçdikdən qısa müddət sonra da ayağından zədələndi. Ötən mövsüm onun "Tondela"ya icarəsi ciddi zədəsini sağaltmaq və oynamağa hazır olduğunu sübut etmək üçün çox vacib idi. O, Portuqaliyada "Tondela" üçün çətin bir mövsümdə çıxış etdi. Komanda aşağı liqaya düşsə də, Renat oynaya biləcəyini göstərdi. Dadaşov qarşıdakı bir neçə il ərzində həqiqətən inkişaf edə bilsə, "Vulverhempton" yenidən onunla müqavilə imzalamaq üçün növbədə olacaq”.
Bildirək ki, Dadaşov ötən günlərdə İsveçrənin “Qrasshopper” klubu ilə 2+1 illik müqavilə imzalayıb