28 oktyabr 2024. Bazar ertəsi

Premyer Liqa klubundan bir transfer və bir yeni müqavilə


  • Transfer
  • 22:19 12.07.2022
  • Oxunma sayı: 82
Premyer Liqa klubundan bir transfer və bir yeni müqavilə
İngiltərənin “Vulverhempton” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”nin müdafiəçisi Natan Kollinzi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
 
Natan Kollinz “Bernli”yə 2021-ci ilin iyun ayında “Stok Siti”dən transfer olunmuşdu. Gənc müdafiəçi bu komandada keçirdiyi 22 oyunda 2 qol vurub. O, İrlandiyanın əsas milli komandasında da 6 oyuna çıxıb, 1 qol vurub.
 
“Vulverhempton” qapıçısı Matiya Sarkiçlə də yeni müqavilə imzalandığını da diqqətə çatdırıb. Monteneqrolu qolkiperlə 3 illik sözləşmə imzalanıb. 24 yaşlı oyunçu 2020-ci ildə “Aston Villa”dan bu kluba transfer olunub. Qapıçı 2019-cu ildən dəvət aldığı Monteneqronun əsas millisində 5 oyun keçirib.






Transfer