28 oktyabr 2024. Bazar ertəsi

Mançester Yunayted'in sabiq futbolçusu Super Liqa klubunda


  • Transfer
  • 22:21 12.07.2022
  • Oxunma sayı: 86
Mançester Yunayted'in sabiq futbolçusu Super Liqa klubunda
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı hücumçu Federiko Makedanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Makeda peşəkar karyerasına İngiltərənin “Mançester Yunayted” komandasında başlayıb. O, “qırmızı şeytanlar”ın əsas heyət oyunçusuna çevrilə bilmədiyi üçün həmin dövrdə “Sampdoriya”, KPR, “Ştutqart”, “Donkaster Rovers” və “Birmingem Siti” klublarına icarəyə verilib. 2014-cü ildə isə “Mançester Siti” hücumçunu “Kardiff Siti”yə satıb. O, bu klubda olarkən qısa müddət “Nottingem Forest”də icarədə də oynayıb. 2016-cı ildə “Novara”ya transfer olunan hücumçu, 2018-ci ildən Yunanıstan “Panatinaikos”unda forma geyinirdi.
 
“Ankaragücü” “Kocaelispor”dan gənc hücumçu Mervan Yiğiti də heyətinə cəlb edib. 21 yaşlı hücumçu ilə  4 illik müqavilə imzalandığı da diqqətə çatdırılıb.






Transfer