28 oktyabr 2024. Bazar ertəsi

Tottenhem hücumçusunu satdı


  • Transfer
  • 10:18 13.07.2022
  • Oxunma sayı: 82
Tottenhem hücumçusunu satdı
İngiltərənin “Tottenhem” klubu hücumçusu Cek Klarkı “Sanderlend”ə satıb. Corner.az xəbər verir ki, bu barədə “Sanderlend”in rəsmi saytı məlumat yayıb.
 
21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Cek Klark 2019-cu ildə “Lids”dən “Tottenhem”ə transfer olunsa da, bu klubun əsas komandasında forma şansı qazanmayb. London klubu 21 yaşlı forvardı “Lids”in özünə, KPR-ə, həmçinin “Stok Siti”yə icarəyə verib. Klark bu ilin əvvəlində də “Sanderlend” tərəfindən icarəyə götürülmüşdü. O, bu komandanın heyətində keçirdiyi 20 oyunda cəmi 1 qol vurub.






Transfer