21 dekabr 2025. Bazar günü

Runi keçmiş komandasının baş məşqçisi oldu


  • Transfer
  • 10:21 13.07.2022
  • Oxunma sayı: 111
Runi keçmiş komandasının baş məşqçisi oldu
İngiltərənin “Derbi Kaunti” klubunun baş məşqçisi postundan ayrılan Ueyn Runinin yeni iş yeri müəyyənləşib. Corner.az xəbər verir ki, ABŞ-ın “Di Si Yunayted” klubunun "sükan"ı 36 yaşlı mütəxəssisə tapşırılıb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
“Di Si Yunayted” baş məşqçisi Hernan Losadanı aprel ayında istefaya göndərmişdi. MLS təmsilçisinə həmin vaxtdan bəri müvəqqəti olaraq Çad Eşton rəhbərlik edirdi. Klubun yaydığı məlumata görə, Runi ABŞ-da işçi vizası alana qədər komandaya yenə Eşton rəhbərlik edəcək.
 






Transfer