28 oktyabr 2024. Bazar ertəsi

PSJ Kriştiano Ronaldonu rədd etdi


  • Transfer
  • 10:25 13.07.2022
  • Oxunma sayı: 96
PSJ Kriştiano Ronaldonu rədd etdi

Fransanın “PSJ" klubunun rəhbərliyi İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldonu almaq fikrindən daşınıb.

Corner.az xəbər verir ki, bu barədə "Le Parisien"nəşri məlumat yayıb.

Bildirilib ki, PSJ komanda da yetərincə ulduz futbolçu  olduğu üçün bu təklifi rədd edib. Eyni zamanda Paris təmsilçisi 37 yaşlı futbolçunun maddi ehtiyacını ödəməyə imkanı olmadığı da vurğulanıb.

Qeyd edək ki, Kriştiano Ronaldp 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. Portuqaliyalı hücumçu 2021/2022 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer