28 oktyabr 2024. Bazar ertəsi

MLS-də iz qoymaq istəyirəm - Beyl


  • Transfer
  • 10:55 13.07.2022
  • Oxunma sayı: 98
MLS-də iz qoymaq istəyirəm - Beyl

“Los Anceles”in yeni transferi Qaret Beyl MLS liqası ilə bağlı fikirlərini bölüşüb.

Corner.az “Daily Mail”-ə istinadən xəbər verir ki, uelsli futbolçu, MLS-in yüksək səviyyəli çempionat olduğunu və burada iz buraxmaq istədiyini deyib:

“MLS son on ildə uzun bir yol keçib. Düşünmürəm ki, kimsə hələ də liqanı təqaüdçü hesab etsin. MLS getdikcə böyüyür və Avropada düşündüklərindən qat-qat yaxşı olduğunu sübut edir. Hər şey yaxşılaşır, liqanın səviyyəsi daha da yüksəlir”.

 32 yaşlı futbolçu, uzun müddət MLS-də qalmaq istədiyini deyib:

“Mən bura altı ay və ya bir illik gəlməmişəm. MLS-də iz qoymaq istəyirəm. Bu, qısa bir səfər deyil. Ümid edirəm ki, buradakı çıxış mənə növbəti Avropa çempionatına, bəlkə də, daha da irəliyə – 2026-cı il dünya çempionatına hazırlaşmaq imkanı verəcək”.

Beyl iyunun 27-də Kaliforniya klubu ilə daha 18 ay uzadılma imkanı ilə bir illik müqavilə imzalayıb.







Transfer