- Transfer
- 23:52 20.12.2025
“Turan Tovuz” klubu heyətinə yeni futbolçu cəb edib.
Corner.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianı transfer edib. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın formasını geyinib. O, son mövsümdə “Telavi”nin heyətində 20 oyun keçirib 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.