21 dekabr 2025. Bazar günü

Milan'dan ayrıldı, ölkəsinə qayıtdı


  • Transfer
  • 14:40 13.07.2022
  • Oxunma sayı: 110
Milan'dan ayrıldı, ölkəsinə qayıtdı
İspaniyanın “Valensiya” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Samuel Kastilyexonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı ispan vingerlə 3 illik müqavilə imzalanıb.
 
Samuel Kastilyexo 2018-ci ildən “Milan”da çıxış edirdi. O, bu komandanın heyətində 4 mövsüm ərzində 113 matça çıxıb, 10 qol vurub. Kastilyexo, əvvəllər “Malaqan” və “Vilyarreal”da da çıxış edib.






Transfer