- Transfer
- 01:04 05.10.2026
Türkiyənin "Fənərbaxça" klubu yeni transferini gerçəkləşdirib.
Corner.az xəbər verir ki, bu barədə italiyalı tanınmış jurnalist Canluka Di Martsio bildirib.
O, İstanbul təmsilçisinin İtaliya “Kalyari”sinin futbolçusu Juan Pedro ilə 3 illik müqavilə imzalayacağını bildirib. "Fənərbaxça" 30 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 6,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Juan Pedro bu il İtaliya millisində debüt edib.