21 dekabr 2025. Bazar günü

Qarabağ'ın rəqibi 2 futbolçusu ilə yollarını ayırdı


  • Transfer
  • 17:12 13.07.2022
  • Oxunma sayı: 113
Qarabağ'ın rəqibi 2 futbolçusu ilə yollarını ayırdı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i iki futbolçusu ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante Koriç müqavilə ilə məxsus olduğu İtaliya "Roma"sına qayıdıb.

25 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisində 23 oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

"Sürix" 21 yaşlı müdafiəçi Filip Freyin sözləşməsini yeniləməyə ehtiyac duymadığını da açıqlayıb.

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.







Transfer