29 noyabr 2024. Cümə

Milan'ı Latsio'ya dəyişdi


  • Transfer
  • 17:50 13.07.2022
  • Oxunma sayı: 111
Milan'ı Latsio'ya dəyişdi
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Alessio Romanyolini, Madrid “Real”ından Mario Xilanı, “Qranada”dan isə Luis Maksimianonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alessio Romanyoli və Mario Xila ilə 5, Luis Maksimiano ilə də 4 illik müqavilə imzalanıb. 
 
Romanyoli “Latsio”nun əzəli rəqibi olan “Roma”nın yetirməsidir. 27 yaşlı  müdafiəçi 2015-ci ildə “Roma”dan “Milan”a keçmişdi. O, Milan təmsilçisinin heyətində meydana çıxdığı 247 oyunda 10 qol vurub. Romanyoli , İtaliya millisində də 12 oyuna çıxıb, 2 qol vurub.
 
Luis Maksimiano isə Portuqaliyanın “Sportinq” klubunun yetirməsidir. Portuqaliyalı qolkiper 2021-ci ildən “Qranada”da forma geyinirdi. 23 yaşlı qapıçı bu komandanın heyətində geridə qalan mövsümdə 35 matça çıxıb.
 
Mario Xila isə “Real”ın yetirməsidir. İspaniyadan olan 21 yaşlı futbolçu İspaniya klubunda daha çox əvəzedici komandada forma geyinib. Mərkəz müdafiəçisi olan Xila, Madrid təmsilçisinin əsas komandasında cəmi 2 oyuna çıxıb.
 
“Latsio” iki futbolçusu ilə də yollarını ayırıb. Bunlardan biri Lukas Leyvadır. 35 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayb. Braziliyalı futbolçu azad agent kimi ölkəsinin yetirməsi olduğu “Qremio” klubuna keçib və 2023-cü ilin yayına kimi müqavilə bağlayıb. Lukas Leyva 2007-ci ildə “Qremio”dan ayrılaraq İngiltərənin “Liverpul” klubuna keçmişdi. Dayaq yarımmüdafiəçisi 2017-ci ildən formasını geyindiyi “Latsio”da 198 matça çıxıb, 4 qol vurub. Leyva Braziliya millisində də 24 matça çıxıb.
 
“Latsio” argentinalı müdafiəçisi Tyaqo Kasasola ilə də yollarını ayırıb. 26 yaşlı futbolçu İtaliyanın digər klubu “Peruca”ya transfer olunub. 
 






Transfer