21 dekabr 2025. Bazar günü

Acunun komandası hücumçusunu 16 milyona satdı


  • Transfer
  • 20:54 13.07.2022
  • Oxunma sayı: 109
Acunun komandası hücumçusunu 16 milyona satdı
İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Çempionşipdə çıxış edən “Hall Siti”nin gənc hücumçusu Kin Luis-Potteri transfer edib.
 
Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçunun keçidi üçün “Brentford” 16 milyon funt-sterlinqindən keçib. Lakin “Hall Siti”nin bonuslarla daha 4 milyon funt-sterlinq qazana bilər. İngilis futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imzalayıb.
 
Kin Luis-Potter “Hall Siti”nin öz yetirməsidir. O, peşəkar karyerasına 2019-cu ildə məhz bu komandada başlayıb. Doğma komandasının heyətində 122 matça çıxmış futbolçu, bu görüşlərdə 30 qol vurub. O, İngiltərənin U-21 yığmasında da 4 oyuna çıxıb və 1 qol vurub.
 
“Hall Siti”nin sahibi türkiyəli iş adamı, TV8-in rəhbəri Acun Ilıcalıdır.






Transfer