“Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin “Çelsi"yə keçidi rəsmiləşib. Corner.az xəbər verir ki, “şəhərlilər” 2
Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. 27 yaşlı futbolçu London klubu ilə 5 illik müqavilə imzalayıb.
"Zadəganlar" ingilis futbolçu üçün “şəhərlilər”ə 45 milyon funt-sterlinq təzminat ödəyəcək.
Sterlinq “Liverpul”un yetirməsidir. O, 2015-ci ilin yayında məhz "Liverpul"dan “Mançester Siti”yə transfer olunub. O, Mançester təmsilçisinin heyətində 339 matça çıxıb, 131 qola imza atıb. İngiltərə milli komandasında da 77 matça çıxan futbolçu, 19 qol vurub.