Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Türkiyənin “Başakşəhər” klubu ilə müqavilə imzalayıb. Corner.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 1+1 illik nəzərdə tutulub.
Özil son olaraq Türkiyədə “Fənərbaxça”da çıxış edib. O, daha əvvəl İspaniyanın “Real” və İngiltərənin “Arsenal” klublarının da uğurları üçün çalışıb. Özil 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.