“İnter”dən ayrılan Arturo Vidalın yeni klubu məlum olub. Corner.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.
Çilili futbolçu, “Flamenqo” ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Flamenqo” Vidal üçün pul ödəməyib.
Vidal “Bayern”, “Barselona”, “Yuventus” kimi klublarda çıxış edib.